Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.
Oxu.Az xəbər verir ki, 1/8 final mərhələsinin son iki cavab oyunu keçiriləcək.
“Çelsi” Londonda İspaniya La Liqasının lideri “Atletiko”nu qəbul edəcək. İlk matçda 1:0 hesablı qələbə qazanmış Tomas Tuxelin yetirmələri uğurlu yüksəlişi davam etdirmək niyyətindədir.
Günün digər qarşılaşmasında Çempionlar Liqasının son qalibi və Almaniya Bundesliqasının hazırkı lideri “Bayern" Münhendə İtaliyanın “Latsio” komandası ilə qarşılaşacaq. “Bavariya”nın Romada rəqibini 4:1 hesabı ilə üstələdiyindən, bu matçda hansısa sensasiyanın olacağı gözlənilmir.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
00:00 “Çelsi” (İngiltərə) – “Altetiko” (İspaniya)
İlk oyun – 1:0
00:00 “Bayern” (Almaniya) – “Latsio” (İtaliya)
İlk oyun – 4:1
Qeyd edək ki, Almaniyanın “Borusiya” (Dortmund), Portuqaliyanın “Portu”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, İspaniyanın “Real” və Fransanın PSJ klubları artıq 1/4 finala vəsiqə qazanıblar.