UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk üç komandanın adı məlum olub.
Oxu.Az xəbər verir ki, səfərdə Macarıstanın "Videoton" klubunu 2:1 hesabı ilə məğlub edən Yunanıstan AEK-i öz meydanında heç-heçə (1:1) edib.
Nəticədə AEK ÇL-nın qrup mərhələsinə yüksəlib.
Səfərdə “Yanq Boyz” klubu ilə heç-heçə edən Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu isə öz meydanında 2:1 hesabı ilə uduzub. Bununla da növbəti mərhələyə İsveçrə klubu çıxıb.
Kiyev “Dinamo”su isə doğma stadionda Hollandiyanın "Ayaks" klubu ilə görüşüb. Görüş qolsuz heç-heçə ilə başa çatıb (ilk oyun 1:3). Nəticədə növbəti mərhələyə “Ayaks” vəsiqə qazanıb.
Qeyd edək, "Videoton", "Dinamo” (Kiyev) və "Dinamo” (Zaqreb) bundan sonra UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmalı olacaq.