Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda təşkil olunan dünya çempionatında çıxışını başa vurub.
Oxu.Az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə Monqolustan təmsilçisi Uranzaya Bayanmunxaya məğlub olub.
Bununla da G.Məmmədəliyevanın medal qazanmaq şansı qalmayıb.
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda italiyalı Odette Qyuffrida ilə qarşılaşıb və məğlub olub.
Buna baxmayaraq G.Məmmədəliyevanın medal qazanmaq şansı qalır. O, təsəlliverici görüşdə qalib gələrsə, bürünc medal uğrunda yarışmaq hüququ qazanacaq.
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Avstraliya təmsilçisi Tinka Eastonla üz-üzə gəlib.
Rəqibini məğlub edən G.Məmmədəliyeva növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/4 finalda italiyalı Odette Qıuffrida ilə qarşılaşacaq.
Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, idmançı 1/8 finalda italiyalı Valerio Akkolyiyə uduzub.
Qeyd edək ki, idmançımız 1/16 finalda türkmənistanlı Serdar Rahimovu mübarizədən kənarlaşdırmışdı.
Nizami İmranov cüdo üzrə dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində rusiyalı Ramazan Abdullayevə məğlub olub.
Ruslan Paşayev dünya çempionatında 1/8 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Azərbaycan cüdoçusu Ruslan Paşayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda türkmənistanlı Serdar Rahimovu məğlub edib.
Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatında mübarizəyə qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/32 final mərhələsində Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə qarşılaşıb.
Rəqibini məğlub edən N.İmranov turnirdə növbəti mərhələyə yüksəlib.
O, 1/16 finalda rusiyalı Ramazan Abdullayevlə görüşəcək.
Eyni çəkidə Turan Bayramov Finlandiyadan olan Lukas Sahaya uduzub.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxacaq.
Oxu.Az xəbər verir ki, bu gün Gültac Məmmədəliyeva (52 kq), Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kq) tatamiyə çıxacaqlar.
Gültac Məmmədəliyevanın 1/16 finaldakı ilk rəqibi İsrail təmsilçisi Gefen Primo olacaq.
66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov 1/32 finalda Finlandiya cüdoçusu Lukas Saha ilə qarşılaşacaq. Nizami İmranov isə ilk görüşündə Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə üz-üzə gələcək.
Ruslan Paşayev 1/16 finalda Türkmənistan təmsilçisi Serdar Rahimov - İspaniya cüdoçusu Adrian Nieto Çinarro cütünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq. Dünya çempionatının rəsmi açılış mərasimi 16:30-da, final bloku isə 18:00-da keçiriləcək.
Qeyd edək ki, mundialın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.