Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Azərbaycanın bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb.
Oxu.Az-ın məlumatına görə, Zelim Tçkayev (81 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Rəşid Məmmədəliyev bürünc mükafat uğrunda görüşdə uduzub.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.
"Report" xəbər verir ki, idmançı yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub. Eyni çəkidəki Ömər Rəcəbli təsəlliverici qarşılaşmada uduzub.
Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Nəriman Mirzəyev (hər ikisi 73 kq) isə ilk dueldə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib.
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, Rəşid Məmmədəliyev və Zelim Tçkayev mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.
Ömər Rəcəbli isə 1/8 finalda Viçenzo Peliqra (İtaliya) - Ruslan Musayev (Qazaxıstan) cütünün qalibi ilə güləşəcək.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.
Rəylər