Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında medal qazana bilməyib.
Oxu.Az xəbər verir ki, Fidan Əlizadə (57 kq) 1/16 final mərhələsində Maritsa Perişiçə uduzub.
Rəşid Məhəmmədəliyev ilk raundda Kazbek Naquçevi (BƏƏ) mübarizədən kənarlaşdırıb, ardınca 1/8 finalda Laşa Şavdatuaşvilidən güclü olub. O, 1/4 finalda Baysanqur Baqayevə (Serbiya), təsəlliverici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olub.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.
Oxu.Az bildirir ki, olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub.
27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.
Qeyd edək ki, bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaqlar.
Azərbaycanın daha üç cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, üçüncü yarış günündə Fidan Əlizadə (57 kq), olimpiya, dünya, Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatami üzərinə çıxacaqlar.
Fidan Əlizadə Mariya Perişiçin (Serbiya) müqavimətini qırmağa çalışacaq. H.Heydərov Otari Kvantidze (Portuqaliya ) ilə üz-üzə gələcək. Rəşid Məmmədəliyev isə Kazbek Naquçev (BƏƏ) / Covanni Espozito (İtaliya) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər üç idmançı mübarizəyə 1/16 final mərhələsindən start verəcək.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız medal əldə etməyiblər.