DÇ – 2014 H qrupunda Rusiya ilə Əlcəzair qarşılaşması ikincilər üçün əlamətdar olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, oyunda erkən qolu ruslar vursalar da, şimal qonşularımız erkən qolun davamını gətirə bilməyiblər.
Fasilədən sonra qarşılaşmanın 60-cı dəqiqəsində əlcəzairli Slimani hesabı bərabərləşdirib.
Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi oyunda heç-heçə Əlcəzair millisinə növbəti mərhələyə çıxmaq imkanı verib.
Slimani bu sevincini stadionda səcdə edərək nümayiş etdirib.
