Dünya kubokunun voyajı dünən San Pauloda bitib.
267 gün ərzində təxminən 90 ölkə gəzən planetin birincilik kuboku Braziliyaya gəlib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, kuboku qarşılayanlardan biri 1970-ci il Meksikada keçirilən dünya çempionatının çempionu Roberto Rivelino olub.
Yaxın günlərdə FİFA dünya mükafatı, Korintians arenasının mərkəzindən bir qədər aralıda, ticarət mərkəzində sərgilənəcək. Burada Braziliya-Xorvatiya açılış matçı olacaq.
Bundan sonra kubok Braziliya şəhərlərinə tura çıxacaq. Meydan sahibi olan yığma komandanın azarkeşləri dünya kubokunun onların vətənində qalacağına əmindirlər.