Azərbaycan yığmasının və İspaniya “Eybar” La-Liqasının futbolçusu Eddi İsrafilov İspaniya çempionatı matçında “Nou Kamp” stadionunda “Barselona”ya qarşı oynayıb.
Oxu.Az xəbər verir ki, Eddi ikinci taymda meydanda olan futbolçunu əvəz edib və sonda aldığı sarı vərəqə ilə seçilib.
Matç 3:1 hesabı ilə “Barselona”nın xeyrinə sona çatıb. Hesabı birinci qonaqlar açıb. Onlar 10-cu dəqiqədə seçiliblər. Amma sonra Luis Suares het-trik edərək “Barsa”ya xal gətirib.
9 matçdan sonra “Eybar” 13 xal ilə 7-ci yeri tutur. 21 xalları olan Madrid “Real”ı və “Barselona” liderlik edirlər.
F.H.
www.oxu.az