İtaliyanın "Ravenna" klubu əfsanəvi braziliyalı futbolçu Ronaldinyo ilə müqavilə imzaladığını rəsmən elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı Ronaldinyonun "Ravenna"nın oyunçusu kimi təqdimatı Mayamidə (ABŞ) baş tutub. Bununla da, Ronaldinyo 2018-ci ildə başa vurduğu karyerasını yenidən bərpa edib.
Qeyd edək ki, "Ravenna" İtaliyanın üçüncü divizionunda - Ç Seriyasında çıxış edir.
Qaynar xətt:
(055) 224 12 12