"Elvin Cəfərquliyevin sabah meydana çıxmaq ehtimalı var".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Vestri" ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
* "Qarabağ"ın baş məşqçisi: "Oyun üslubunu hələ tam formalaşdırmamışıq"
* Qurban Qurbanov futbolçusunun "Seltik"ə transferinə münasibət bildirib
Baş məşqçi Elvin Cəfərquliyevin hələ də rəsmi olaraq komandanın üzvü olduğunu bildirib:
"Elvinin sabah meydana çıxmaq ehtimalı var. Onun əsas heyətdə olub-olmayacağına hələ qərar verməmişəm. O, növbəti oyunlarda da meydana çıxa bilər".