Türkiyə Superliqasını ikinci pillədə başa vuran "Fənərbağça" mövsümün sonunda daha bir ayrılıqla üzləşib. Komandanın heyətində icarə əsasında çıxış edən fransalı futbolçu Allan Sent-Maksimin komanda ilə vidalaşdığını açıqlayıb.
Oxu.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu şəxsi sosial media hesabından klubdan ayrıldığını açıqlayıb.
"Çətin, lakin gözəl təcrübə idi. Futboldan kənar problemlərim olsa da, Tanrıya şükür ki, hazırda hər şey qaydasındadır", - o yazıb.
"Fənərbağça"nın hər zaman ürəyimdə xüsusi yeri olacaq. Hər kəsə təşəkkür edirəm", - fransız futbolçu bu sözlərlə vidalaşıb.