Türkiyə millisinin ulduz futbolçusu Ferdi Kadıoğlu minimum iki ay müddətinə yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Oxu.Az xəbər verir ki, Ferdinin sol ayağının baş barmağı oynağında yırtığın aşkarlandığı qeyd edilib.
Gənc futbolçunun bu zədə səbəbindən 1-2 ay meydanlardan uzaq qalacağı bildirilib.
25 yaşlı ulduz futbolçu bu mövsüm "Brayton"un heyətində 8 oyunda meydana çıxıb.
Qeyd edək ki, 25 yaşlı oyunçu zədə səbəbindən "Mançester Siti"yə qarşı matçı qaçırmışdı.
Rəylər