“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula1” üzrə dünya çempionatının 12-ci turu olan Belçika Qran-prisinin qalibi olub.
Yarışlar Spa-Frankorşamp dairəsində keçirilib.
İkinci yeri Ferstappenin komanda yoldaşı meksikalı Serxio Peres tutub. İlk üçlüyü “Ferrari”nin moneqasklı üzvü Şarl Lekler tamamlayıb.
Qeyd edək ki, Ferstappen seçmə mərhələdə qalib gəlsə də, daha əvvəl sürət qutusunu dəyişdirdiyinə görə beş yerlik cəza almış və yarışa altıncı yerdən başlamışdı.
Qran Prinin növbəti mərhələsi avqustun 25-dən 27-dək Niderlandda keçiriləcək.
Mənbə: TASS