FIFA koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ildə keçirilməli olan U-17 və U-20 dünya çempionatlarının təxirə salındığını açıqlayıb.
Bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Turnirlər Peru (U-17) və İndoneziyada (U-20) keçirilməli idi. Bu qərara əsasən sözügedən ölkələr dünya çempionatlarına 2023-cü ildə ev sahibliyi edəcəklər.