FIFA mövsümün ən yaxşı oyunçularına verilən illik "The Best" mükafatını ləğv edir.
Oxu.Az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, 2026-cı ildə ən yaxşı futbolçular üçün yeni mərasim "Globe Soccer Awards" mükafatının sponsoru olan Dubay İdman Şurası ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq.
"The Best" mükafatı 2016-cı ildən bəri verilirdi. 2010-cu ildən 2015-ci ilə qədər isə FIFA "France Football" jurnalı ilə birlikdə təqdim olunan "Qızıl top"un (Ballon d'Or) tərəfdaşı idi.
1991-ci ildən 2009-cu ilə qədər təşkilat qalibi müstəqil şəkildə müəyyən edirdi.