Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Flik məşqçi kimi finalların hamısında qalib gəlib
Alman mütəxəssis Hans-Diter Flik baş məşqçi kimi karyerasında bütün final matçlarında qalib gəlib.
Oxu.Az championat.ru-ya istinadla xəbər verir ki, o, "Bavariya"da olarkən Almaniya Kubokunu və Superkubokunu, həmçinin UEFA Çempionlar Liqasını, Avropa Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
60 yaşlı mütəxəssis "Barselona" ilə isə İspaniya Kubokunu və Superkubokunu əldə edib.
Ümumilikdə almaniyalı mütəxəssis yüksək liqalarda işlədiyi müddət ərzində doqquz kubok qazanıb. Yuxarıdakı nailiyyətlərə əlavə olaraq, Flik iki dəfə Almaniya çempionu olub.
"Hans Flik" teqi üzrə xəbərlər
Ən çox oxunanlar