Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yaponiyada uçan avtomobil havada ikən xarab oldu
Yaponiyanın Osaka şəhərində keçirilən EXPO-2025 beynəlxalq sərgisində "uçan avtomobillər"in nümayişi zamanı insident baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo News" yazır.
Məlumata görə, avtomobilin 18 pərvanəsindən biri uçuş zamanı, 10 m hündürlükdə sıradan çıxıb. Bundan sonra onun mühərrikini örtən plastik örtüklər yerə düşüb.
Nə pilot, nə də tamaşaçılardan xəsarət alan olmayıb.
Qeyd edək ki, Osakadakı sərgi oktyabrın 13-dək davam edəcək. Sərgidə 158 ölkə və regiondan, 7 beynəlxalq təşkilatdan nümayəndələr iştirak edir. Tədbirə 28,2 milyon ziyarətçinin gəlməsi gözlənilir.
"Avto-moto" teqi üzrə xəbərlər
- İsti havada avtomobil salonunu sərinləşdirmək üçün 5 effektiv üsul
- Müasir maşınlarda sürücülərin diqqət etməsi vacib olan kilometr HƏDDİ
- "Ford" bəzi avtomobillərini geri çağırır - SƏBƏB
- Avtomobil mühərrikini yumada yol verilən səhvlər - Ekspertdən vacib XƏBƏRDARLIQ
- "Nissan"dan radikal addım: Zavodlarının yarısını bağlayır
Ən çox oxunanlar