Niderlandlı “Red Bull” pilotu Maks Ferstappen 2023-cü il mövsümünün “Formula-1” Dünya Çempionatı üzrə sonuncu mərhələ olan Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
İkinci yeri “Ferrari”dən monakolu Şarl Lekler tutub. “McLaren”dən avstraliyalı Oskar Piastri isə ilk üçlüyü qapayıb.
Bazar günü baş tutacaq əsas yarış Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, mövsümün finalı olacaq.
Mənbə: TASS