Futbol üzrə dünya çempionatının finalında İspaniya millisi tarix yazıb.
Oxu.Az xəbər verir ki, həlledici görüşdə İspaniya yığması Argentina millisindən üstün olaraq dünya çempionu adını qazanıb.
ABŞ-nin Nyu-Cersi ştatının İst-Ruterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə başa çatıb.
Əlavə vaxtda İspaniya millisinin futbolçusu Ferran Torres 116-cı dəqiqədə fərqlənərək komandasını önə keçirib.
Bu qol İspaniyaya dünya çempionluğu sevincini yaşadıb. Argentina isə turniri ikinci pillədə başa vurub.
Futbol üzrə dünya çempionatının finalında İspaniya millisi hesabı açıb.
Oxu.Az xəbər verir ki, İspaniya yığmasının hücumçusu Ferran Torres qarşılaşmanın 116-cı dəqiqəsində rəqib qapısına yol taparaq komandasını önə keçirib - 0:1.
Futbol üzrə dünya çempionatının finalında Argentina millisi oyunun son dəqiqələrində azlıqda qalıb.
Oxu.Az xəbər verir ki, Entso Fernandes qarşılaşmanın 90+3-cü dəqiqəsində hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Bununla da Argentina yığması matçın qalan hissəsini 10 nəfərlə davam etdirməli olub.
Futbol üzrə dünya çempionatının final oyununda İspaniya və Argentina milliləri arasında keçirilən qarşılaşmanın ikinci hissəsi başlayıb.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçirilən görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.
Futbol üzrə dünya çempionatının final oyununda üz-üzə gələn İspaniya və Argentina milliləri ilk hissəni qolsuz bərabərliklə başa vurublar.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçirilən qarşılaşmanın ilk 45 dəqiqəsində tərəflər hesabı aça bilməyiblər.
Futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu start götürüb.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən həlledici qarşılaşmada İspaniya və Argentina milliləri dünya çempionu adı uğrunda mübarizə aparırlar.
80 633 azarkeş tutumuna malik arenada keçirilən oyunu minlərlə futbolsevərlə yanaşı, ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino da tribunadan izləyirlər.
Qeyd edək ki, İspaniya tarixində ikinci, Argentina isə dördüncü dünya çempionluğu uğrunda mübarizə aparır. Final qarşılaşmasının qalibi 2026-cı il dünya çempionu olacaq.
Bu gün futbol üzrə dünya çempionatının final oyununda üz-üzə gələcək İspaniya və Argentina yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar Nyu-York şəhərindəki "MetLayf" stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
İspaniya: Unay Simon, Mark Kukurelya, Emerik Lyaport, Pau Kubarsi, Pedro Porro, Rodri, Fabian Ruis, Aleks Baena, Dani Olmo, Lamin Yamal, Mikel Oyarsabal;
Baş məşqçi: Luis de la Fuenta;
Argentina: Emiliano Martines, Qonsalo Montyel, Lisandro Martines, Kristian Romero, Nikolas Talyafiko, Nikolas Qonsales, Rodriqo de Paul, Entso Fernandes, Aleksis Makallister, Xulian Alvares, Lionel Messi;
Milyonların səbirsizliklə izlədiyi futbol üzrə dünya çempionatında həlledici an gəlib çatıb.
Oxu.Az xəbər verir ki, turnirin ən vacib matçında - böyük finalda qızıl medal uğrunda İspaniya və Argentina milli komandaları amansız mübarizədə üz-üzə gələcəklər.
Futbol azarkeşlərinin diqqət mərkəzində olacaq bu həlledici qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Dünya çempionatı
Final
19 iyul
23:00. İspaniya - Argentina.