Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı Azərbaycan klublarının avrokuboklarda çıxışına, eləcə də əsasən, dünyada yay transfer məsələlərinə həsr olunub.
Verilişdə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Sabah"ın "KuPS"u minimal hesabla üstələməsindən, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin irəli olduğu halda "Dinamo"ya (Minsk) uduzmasından, eyni turnirdə ilk oyununda "Zirə"nin Estoniyanın "Payde" klubuna məğlubiyyətindən, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ev oyununda "Qarabağ"ın Bolqarıstanın "ÇSKA Sofiya" komandasının müqavimətini qıra bilməməsindən danışılıb.
Podkastda komandaların potensialı, məşqçilərinin taktikaları və cavab qarşılaşmalarında şansları dəyərləndirilib.
Azərbaycan komandalarında futbolçuların şəxsi performansına da diqqət yetirilib. Məsələn, oyunların ilk 30-35 dəqiqəsində aktiv olduqları, bundan sonra isə güclərinin sanki tükəndiyi qeyd olunub:
"Əgər futbol oyununun müddəti 30 dəqiqə olsaydı, Azərbaycan millisi dünya çempionu olardı".
Sözügedən məsələlər və top-klubların transferlərə münasibəti, milyonlarla avronun dövr etdiyi çempionatlar, İngiltərə və İspaniya liqalarının fərqi, Azərbaycan komandalarından Avropaya ümidlə boylanan futbolçular və digər maraqlı məqamlarla bağlı daha ətraflı videoda izləyin: