Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
15 milyon manat ayrılan Gəncə şəhər stadionunda təmir işləri niyə dayanıb?
Gəncə şəhər stadionunda yenidənqurma işlərinin dayandırıldığı və işçilərin maaşlarını almadığı ilə bağlı yayılan xəbərlərə klub rəsmiləri tərəfindən aydınlıq gətirilib.
Oxu.Az açıqlama verən "Kəpəz" klubunun baş məşqçisi Adil Şükürov stadionda təmir-tikinti işlərinin tamamilə dayandırıldığını bildirib.
"Bəli, hazırda stadionda heç bir iş görülmür. İlk günlərdə stadionda işlər sürətli irəliləyirdi, daha sonra üç-dörd nəfərlik heyət qaldı. İndi isə maaşlar verilmədiyi üçün təmir işləri tamamilə dayanıb. Kluba 15 milyon manatlıq vəsaitin ayrılması xəbəri barədə isə məlumatım yoxdur. Əgər deyilən bu məbləğ həqiqətən ayrılsa, işçilər təmir işlərini dayandırmazdılar. Bizə də stadionun 2025-2026 mövsümündə təhvil veriləcəyi bildirilib", - deyə Adil Şükürov əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub. Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan "Gəncə Şəhər stadionunun yenidən qurulması üzrə işlərinin (Birinci mərhələ) satın alınması"tenderin qalibi "İnşaatçı 3" MMC olub. Şirkətlə 15 milyon manat məbləğində müqavilə imzalanıb.
"Kəpəz FK" teqi üzrə xəbərlər
- Adil Şükürovun gətirdiyi futbolçuları Azər Bağırov yola saldı
- Azər Bağırovun sosial media paylaşımının arxasında yatan SƏBƏB
- Azərbaycan Premyer Liqası: "Kəpəz"-"Sumqayıt" oyununda qalib müəyyənləşmədi
- Böyükağa Ağayev "Səbail" və "Kəpəz"in geriləməsinə münasibət bildirib
- Azərbaycan Premyer Liqasında son 16 mövsümün antirekordu qeydə alınıb