Xantı-Mansiyskdə istirahət günündən sonra gənclər arasında şahmat üzrə Dünya çempionatının oyunları davam edib.
Oxu.Az xəbər verir ki, turnirin liderləri – Ülvi Bacarani və Yan Kşiştof Dudadır – birinci lövhədə qarşılaşıblar.
Bu, turun ən uzun partiyası olub, 93 gediş və 5,5 saat, polyak oyunçu qələbə üçün cəhdlərin imkansız olduğunu anlayıb – oyun heç-heçə başa çatıb.
Birinci sətirdə hələlik 8 oyundan sonra 6,5 xal qazanan Dudadır. Ülvi rusiyalı Mixail Antipov ilə 0,5 xal geridədirlər.
Nicat Abbasovun liderlərin sırasına qoşulmaq üçün yaxşı şansı var. 5,5 xala sahib olan Abbasov 4-8-ci yerləri bölüşür. Cari turda onun rəqibi ağ fiqurlarla oynayan Hindistan şahmatçısı Şardul Qaqare olub, debüt keçidləri ayırd edə bilməyən şahmatçı 2 saatdan sonra təslim olmaq məcburiyyətində qalıb.
Misrəddin İsgəndərov də Karo-Kann müdafiəsində qələbə qazanaraq 50 faiz göstəricisinə qalxıb – onun 4 xalı var.
Səbinə İbrahimova Belarusdan olan güclü rəqibi – Anastasiya Zezülkina ilə heç-heçə oynayıb. Səbinənin 5,5 xalı var və o, 4-8-ci yerləri bölüşdürür.
Günay Məmmədzadə yenidən məğlub olub. Bu dəfə iranlı Dorsa Derahşaniyə və 4,5 xal səviyyəsində qalıb.
Endşpildə gənc Bibissara Assaubayevanı çaşdıran Ülviyyə Fətəliyevanın 4 xalı var.
Aytən Əmrayevanın da cari turda qazandığı qələbədən sonra 4 xalı var.