Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi keçirib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.
Qala mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün kifayət qədər uğurlu keçdiyini qeyd edib. Nazir il ərzində 2 113 medalın qazanıldığını, bunun 30 faizinin qızıl əyarlı olduğunu bildirib. Bu isə Azərbaycan idmanı tarixində rekord göstəricidir. Nazir bu nailiyyətlərin Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində əldə olunduğunu vurğulayıb.
Daha sonra 4 nominasiya üzrə xüsusi mükafatlar təqdim olunub. Deflimpiya Oyunlarının gümüş mükafatçısı Coşqun Əliyev (cüdo, 60 kiloqram), boks üzrə dünya çempionu Sübhan Mamedov (50 kiloqram), Azərbaycan Atçılıq Federasiyası və cüdo üzrə qarışıq komanda xüsusi mükafata layiq görülüb.
2025-ci ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edildikdən sonra federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimdə ilin ən yaxşı idman fotoqrafları, media qurumları və idman jurnalistləri də açıqlanıb.
Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "Buta Palace"da təşkil olunan tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2025-ci ilin ən yaxşılarını açıqlayıb. Jalə Əliyeva (güləş) ilin ən yaxşı qadın, Həsrət Cəfərov (yunan-Roma güləşi) isə ən yaxşı kişi idmançısı adına layiq görülüb.
Bundan əlavə "Report" İnformasiya Agentliyi idman sahəsini ən yaxşı işıqlandıran qurumlardan biri hesab olunaraq üçüncü yerə layiq görülüb. Agentliyin əməkdaşı Samirə Həsənova isə ən yaxşı fotoqraflar arasında üçüncü hesab edilib.
2025-ci ilin ən yaxşı idman veteranı
1. Tərlan Həsənov (cüdo);
2. Tamilla Bünyatova (atletika);
3. Məhəmməd Müslümzadə (sambo).
2025-ci ilin Ədalətli oyun (Fair Play) mükafatçısı
1. Azərbaycan Badminton Federasiyası;
2. Azər İlyasov (kanoe və avarçəkmə);
3. Rauf Məmmədov (şahmat).
2025-ci ilin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi
1. "Ulduz" Futbol Akademiyası;
2. Respublika Kompleks İdman məktəbi;
3. Şuşa Rayon Uşaq Gənclər İdman məktəbi.
2025-ci ilin idman mövzusunda ən yaxşı videoçarxı
1. "Arzunun ardınca";
2. "Baku Open 2025" beynəlxalq şahmat festivalı (şahmat);
3. "Uğur hekayəni yalnız öz gücünlə yaza bilərsən" (taekvondo).
2025-cİ ilin ən yaxşı idman fotoqrafı
1. İlqar Cəfərov (Azərtac);
2. İslam Atakişiyev (İdman.Biz);
3. Samirə Həsənova (Report.az).
2025-ci ilin ən yaxşı media idman qurumu
1. "İdman.Biz";
2. AZƏRTAC;
3. "Report.az".
2025-ci ilin ən yaxşı telekanal media qurumları
1. İTV;
2. "CBC Sport";
3 "İdman" TV.
2025-ci ilin ən yaxşı idman jurnalisti
1. Elmir Əliyev (Haqqın.Az);
2. Elnur Salahov (Azərtac);
3. Səbuhi Musa (Prosport.az).
2025-ci ilin televiziya üzrə ən yaxşı idman jurnalisti
1. Arifə Lətifova (CBC Sport);
2. Fəridə Abdulla (İTV);
3. Vüqar Nəzərov (İdman TV).
2025-ci ilin ən sosial media fenomenləri
1. Tofiq Əliyev;
2. Səhər Mehman;
3. Günay Arazova.
2025-ci ilin ən yaxşı idman klubu
1. "Ocaqspor" İdman Klubu;
2. "Neftçi" İdman Klubu;
3. DİN İdman Cəmiyyəti.
2025-ci ilin ən yaxşı idman qurğusu
1. Milli Gimnastika Arenası;
2. Gəncə İdman Sarayı;
3. Tofiq Bəhramov adına Respublika stadionu.
2025-ci ilin ən yaxşı Olimpiya idman kompleksi
1. Quba Olimpiya İdman Kompleksi;
2. Şəki Olimpiya İdman Kompleksi;
3. Şirvan Olimpiya İdman Kompleksi.
2025-ci ilin ən yaxşı idman həkimi
1. Zaur Abdullayev (boks);
2. Müşviq İbrahimov (güləş);
3. Ramil Vəliyev (cüdo).
2025-ci ilin ən yaxşı hakimi
1. Nazim Umbayev (cüdo);
2. Eldar Zülfiqarov (voleybol);
3. Cahangir Babayev (karate).
2025-cü ilin ən yaxşı idman tədbiri
1. III MDB Oyunları;
2. Minifutbol üzrə dünya çempionatı (Bakı);
3. UFC (Bakı).
2025-ci ilin ən yaxşı idman federasiyası
1. Azərbaycan Cüdo Federasiyası;
2. Azərbaycan Boks Federasiyası;
3. Azərbaycan Gimnastika Federasiyası.
2025-ci ilin qadınlardan ibarət ən yaxşı klub komandası
1. "Azərreyl" voleybol komandası;
2. "Neftçi" futbol komandası;
3. "Azəryol" həndbol komandası.
2025-ci ilin kişilərdən ibarət ən yaxşı klub komandası
1. "Qarabağ" futbol klubu;
2. "Sabah" basketbol komandası;
3. "Kür" həndbol komandası.
2025-ci ilin ən yaxşı idman dəstəkçiləri
1. iTicket.AZ;
2. "Azercell";
3. "Arena Plaza" (Azəridmanservis).
2025-ci ilin ən yaxşı uğurlu beynəlxalq əməkdaşlıq nominasiyası
1. Azərbaycan Avotomobil Federasiyası;
2. Azərbaycan Üzgüçülük Federasiyası;
3. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası.
2025-ci ilin dövlət qurumları arasında idman yarışlarının qalibi
1. Fövqəladə Hallar Nazirliyi;
2. SOCAR;
3. Daxili İşlər Nazirliyi.
2025-ci ilin kişilərdən ibarət ən yaxşı milli komandası
1. Minifutbol üzrə milli komanda;
2. Boks üzrə milli komanda;
3. Yunan-Roma güləşi üzrə milli komanda;
2025-ci ilin qadınlardan ibarət ən yaxşı milli komandası
1. 3х3 basketbol üzrə milli;
2. Şahmat üzrə milli komanda;
3. Futbol üzrə milli komanda.
2025-ci ilin ən yaxşı qeyri-olimpiya növləri üzrə məşqçisi
1. Elşad Quliyev (minifutbol üzrə milli komanda);
2. Nicat Abasov (şahmat);
3. Hikmət Hacıyev (kikboksinq).
2025-ci ilin ən yaxşı qadın məşqçisi
1. Amina Abdellatif (cüdo);
2. Fəridə Əzizova (taekvondo);
3. Samirə Hüseynova (qılıncoynatma).
2025-ci ilin ən yaxşı kişi məşqçisi
1. Qurban Qurbanov (futbol);
2. Riçard Trautman (cüdo);
3. Elbrus Rzayev (boks).
2025-ci ilin ən yaxşı paralimpiyaçısı
1. İlham Zəkiyev (paracüdo);
2. Roman Saley (paraüzgüçü);
3. Kamran Zeynalov (paragüllə atıcılığı).
2025-ci ilin ən yaxşı qeyri-olimpiya növləri üzrə idmançısı
1. İrina Zaretska (karate);
2. Ülviyyə Fətəliyeva (şahmat);
3. Elvin Məmmədov (kikboksinq).
2025-ci ilin ən yaxşı qadın idmançısı
1. Jalə Əliyeva (güləş);
2. Südabə Ağayeva (cüdo);
3. Nigar Nəsirova (atıcılıq).
2025-ci ilin ən yaxşı kişi idmançısı
1. Həsrət Cəfərov (yunan-Roma güləşi);
2. Zelim Kotsoyev (cüdo);
3. İsa Rüstəmov (ağırlıqqaldırma).