"Çox çalışırıq və meydana qələbə qazanmaq üçün çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq".
Oxu.Az xəbər verir ki, bunu Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi Qonsalo Qarsiya Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun - 1:1) haqda danışarkən deyib.
"Ola bilsin ki, müəyyən dəyişikliklər edək, amma əsas odur ki, hazır olaq və hücum futbolu oynayaq. Təhlükəli, aqressiv və üstün olmaq istəyirik".
Qeyd edək ki, "Hayduk" - "Zirə" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.