Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov amerikalı Castin Qetji ilə döyüşə hazırlıqları davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə idmançı öz “Instagram” hesabı vasitəsilə məlumat yayıb.
Son məşqindən özü və əmisi oğlu Abubakarın yorğun haldakı şəklini paylaşan Həbib fotoya qeyd əlavə edib:
“Hər şey plan üzrə gedir. 11 həftə qaldı. UFC 254-də görüşənədək”.
Qeyd edək ki, Həbib Nurməhəmmədov növbəti döyüşünü UFC 254 turnirində keçirəcək. O, amerikalı Castin Qetji ilə qarşılaşacaq.
Посмотреть эту публикацию в Instagram"Həbib Nurməhəmmədov" teqi üzrə xəbərlər
- "İdmandan kənar": Oktaqon "imperatoru"nun qaranlıq üzü - Video/Foto
- Həbib Nurməhəmmədov karyerasının ən ağır döyüşünü açıqladı
- Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?
- Ronaldunun qapalı keçiriləcək toyuna hansı məşhurlar dəvət olunublar?
- Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Digər xəbərlər