UFC çempionu Həbib Nurməhəmmədovun amerikalı döyüşçü Toni Ferqyusonla qarşılaşması təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı döyüşçü H.Nurməhəmmədov özünün “Instagram” səhifəsində məlumat yayıb:
“Mən hər şeyi başa düşürəm və döyüşün təxirə salınmasına görə sizdən az məyus deyiləm. Mənim də digərləri kimi döyüşdən sonra çoxlu planlarım vardı. Lakin bütün bunları idarə etmək gücündə deyiləm”.
İdmançı qeyd edib ki, supergüclər və böyük şirkətlər baş verənlərə görə şok keçirir, vəziyyət hər gün gözlənilməz məcraya yönəlir.