Qana hökuməti Braziliyaya təyyarə ilə nağd 3 milyon dollar göndərib. Bu pul Braziliyada dünya kuboku yarışlarında iştirak edən Qana yığması üçündür.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, qaydalara görə, bu pul yarışlardan sonra verilməli idi. Ancaq Qana hökuməti bu pulu vaxtından qabaq ödəmək qərarına gəlib.
Oyunçular tələb edirdi ki, onlara pul bankla göndərilməsin. Ona görə də pul nağd şəkildə göndərilib.
Qananın idman nazirinin müavini Yamin pulun indi və nağd göndərilməsini müdafiə edib. O deyib: “Yığmada işlər pis getsə, bu ölkədə futbola görə hər bir kəs hökumətin əleyhinə çıxa bilər.”