Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İBA Çempionlar Liqası: Azərbaycan boksçularının hər biri qələbə qazanıb
Azərbaycanda ilk dəfə İBA Çempionlar Gecəsi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Müxtəlif federasiya rəsmilərinin, xarici qonaqların və çoxsaylı azarkeşlərin Milli Gimnastika Arenasında izlədiyi gecədə rinqə ilk olaraq Sərxan Əliyevlə (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeq (Monqolustan) çıxıb. Altı raundluq döyüş Azərbaycan boksçusunun inamlı qələbəsi ilə yekunlaşıb.
Dünya çempionatının mükafatçısının ardınca Avropa çempionu Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub. Con Zulueta (Filippin) ilə döyüşən millinin üzvü rəqibini məğlub edib. O da 6 raundluq görüşü aktivinə yazıb.
Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində baş tutan gecədə azarkeşlərə növbəti sevinci Məhəmmədrəsul Məcidov (+92 kq) yaşadıb. Üçqat dünya çempionumuz 6 raundun yekununda qazaxıstanlı Nursultan Amanjolovdan güclü olub.
Komanda yoldaşlarının uğurunu Məhəmməd Abdullayev də davam etdirib. +92 kiloqramda döyüşən dünya çempionatının mükafatçısı Kristian Salsedonu (Kolumbiya) məğlub edib. Abdullayev 8 raundluq qarşılaşmanı aktivinə yazmaqla İBA Çempionlar Gecəsində Azərbaycanın 4-cü qələbəsini rəsmiləşdirib.
"Azərbaycan Boks Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin olimpiya mükafatçısı Dubayda mükafatlandırlıb
- Vasif Talıbovun qardaşının sədr olduğu federasiya da LƏĞV EDİLDİ
- Elbrus Rzayev: "Hakimlərin haqsızlığı nəticəsində gümüş medalla kifayətləndik"
- Dünya birinciliyində uğurla çıxış etmiş gənc boksçular vətənə qayıdıblar
- Azərbaycan millisi dünya birincliyində ilkə imza atıb
Rəylər