Qılıncoynatmanın şpaqa növü üzrə qızlardan ibarət Azərbaycan milli komandası III MDB Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, yığma yarımfinalda Özbəkistan kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 45:37 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.