Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarını bürünc medalla başa vurub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığma 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinalda Rusiya komandasına rəqib olub.
Sablyaçılarımız finala gedən yolda rəqibinə 32:45 hesabı ilə uduzaraq bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət Azərbaycan millisi də yarışı bürünc medalla bitirib.