III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar bitib.
Oxu.Az xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi finalda Rusiyaya uduzub (45:35) və gümüş medal qazanıb.
Sablya növü üzrə qızlardan ibarət ikinci komandamız yarımfinalda Rusiyaya (18:45) uduzub və bürünc medala sahib çıxıb.
Qızlardan ibarət əsas komda isə yarımfinalda Özbəkistana qalib gəlib - 45:37.
Finalda Rusiya ilə qarşılaşan millimiz 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib.
Beləliklə, bu gün qılıncoynatma yarışlarına yekun vurulub.
Xatırladaq ki, daha öncə qılıncoynadanlarımız altı bürünc medal qazanmışdı.
Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət ikinci komandası III MDB Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yığma yarımfinalda Rusiyaya 18:45 hesabı ilə uduzub.
Azərbaycanın əsas komandası isə yarımfinalda Özbəkistana qalib gəlib - 45:37.
Əsas komanda finalda Rusiyaya rəqib olub.
Qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yığma 1/4 finalda Belarus millisindən güclü olub - 45:42.
Komanda yarımfinalda Rusiya kollektivi ilə üz-üzə gələcək.