Sabah Rusiyanın Nijni Novqorod şəhərində MMA üzrə EFC (Eagle Fighting Championship) turniri keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, EFC-31 turnirində Azərbaycandan da iki idmançı oktaqona çıxacaq.
Bunlar Nijni Novqorodda yaşayan azərbaycanlı idmançılar – Ömər Rzayevlə Ruslan Quliyevdir.
Ömər 2017-ci ildən peşəkar MMA ilə məşğuldur. 24 yaşlı idmançı dörd dəfə qələbə qazanıb, iki dəfə məğlub olub. Onun rəqibi Umar Kunakbiyev əslən Dağıstandan – Xasavyurtdandır. 23 yaşlı idmançı hələ ki, məğlubedilməzdir. O, sonuncu – dördüncü qələbəsini Rusiya azərbaycanlısı Xəlil Xəlilzadəni nokauta göndərməklə qazanıb.
View this post on Instagramİkinci azərbaycanlı – “Canavar” ləqəbli Ruslanın da 24 yaşı var. O, iki döyüş keçirib. İlk döyüşdə uduzan idmançı ötən il qarşıdurmada Rusiya azərbaycanlısı Emil Əliyevi məğlub edib. Ruslanın rəqibi olan 21 yaşlı Kunni Kunniyev ilk döyüşünə çıxacaq. Bu döyüşdəki qələbə hər iki idmançının EFC ilə müqavilə bağlaması üçün əla perspektiv olacaq.
View this post on InstagramQeyd edək ki, EFC əvvəlki Həbib Nurməhəmmədovun atası Əbdülmanafın fəxri prezidenti olduğu GFC (Gorilla Fighting Championship) turniridir. Həbib bir neçə həftə əvvəl bu turniri alıb və dekabrın 2-də adını EFC edib. Dekabrın 6-da isə turnirin prezidentinin Şamil Zavurov olacağını açıqlayıb. Bu üzdən Nurməhəmmədov bu yarışı turnirin sahibi kimi izləyəcək.
Səbuhi Musayev
"Həbib Nurməhəmmədov" teqi üzrə xəbərlər
- Həbib Nurməhəmmədov karyerasının ən ağır döyüşünü açıqladı
- Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?
- Ronaldunun qapalı keçiriləcək toyuna hansı məşhurlar dəvət olunublar?
- Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
- Osman Nurməhəmmədov PFL-in yüngül çəki titulunu qoruyub
Digər xəbərlər