AFFA "İmişli" və "Qəbələ" klublarını cəzalandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
XIII turun "İmişli" - "Sabah" oyununda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 3 000 manat cərimələnib.
"Qəbələ" - "Araz-Naxçıvan" matçında isə meydan sahiblərinin futbolçusu Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün biroyunluq cəzalanıb. Onun hərəkətinə görə bölgə təmsilçisi 500 manat cərimələnib.