Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![İngiltərə Premyer Liqası: "Arsenal" səfərdən 3 xalla qayıdır](https://images.oxu.az/2025/02/15/tydNdANG2yu9CXUeUrAwLxuZjICLAtAYxOKgwMnw:1200.png)
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdən 3 xalla qayıdır
İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Arsenal" səfərdə "Lester"lə qarşılaşıb.
"Topçular" matçın taleyini görüşün son 10 dəqiqəsində həll ediblər. Merino 81 və 87-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb və qonaqlara 3 xalı qazandırıb - 0:2.
Hazırda London klubu 53 xal toplayaraq yarış cədvəlində 2-ci yerdə qərarlaşıb. Komanda lider "Liverpul"la xal fərqini 4-ə endirib, lakin mersisaydlıların ehtiyatda 1 oyunu var. "Lester" isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Aktivində 17 xalı olan klub turnir cədvəlində 18-ci yeri tutur.
"Arsenal FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar