Dünya çempionatının (DÇ-2026) yarımfinal mərhələsi çərçivəsində baş tutan matçdan sonra İngiltərə və Argentina yığmalarının azarkeşləri arasında kütləvi toqquşma qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
İnsident Atlantada (ABŞ) yerləşən stadionun yaxınlığında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri saxlayıblar.
Qeyd edək ki, yarımfinal qarşılaşması Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaynar xətt:
(055) 224 12 12