İngiltərə Premyer Liqasında (İPL) VII turdan təxirə salınmış iki görüş keçirilib.
Oxu.Az xəbər verir ki, Londonda “Arsenal” “Everton”u, Liverpulda isə yerli komanda “Vulverhempton”u qəbul edib.
Hazırda turnir cədvəlinin lideri olan “topçular” rəqibini darmadağın ediblər – 4:0. Martinellinin dubl etdiyi matçda Saka və Edeqor hərəyə bir dəfə fərqləniblər.
Bu nəticələrdən sonra xallarının sayını 60-a çatdıran “Arsenal” liderliyə davam edir. 39 xalı olan “Liverpul” isə 6-cı yerdədir.