Qarsiya Pimyenta İspaniyanın "Sevilya" komandasının baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə Oxu.Az klubun rəsmi saytına istinadla xəbər verir.
"Sevilya" rəhbərliyi La Liqanın 31-ci turunda komandanın "Valensiya"ya 0:1 hesablı, ümumi isə ardıcıl dördüncü məğlubiyyətindən sonra baş məşqçi ilə yolları ayırmaq qərarına gəlib.
50 yaşlı mütəxəssisi mövsümün sonunadək 69 yaşlı həmkarı Xoakin Kaparros əvəz edəcək. Kaparros indiyədək 3 dəfə "Sevilya"nın sükanı arxasında olub. 2020-2022-ci illərdə o, Ermənistan millsini çalışdırıb.
Qeyd edək ki, İspaniya çempionatının 31 turundan sonra Əndəlus komandası 36 xalla 13-cü yerdədir.