İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Napoli" doğma arenada "Kalyari"ni qəbul edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə bitdiyindən, matçda qalibi penalti zərbələri müəyyən edib. Burada daha dəqiq (9:8) olan "Napoli" növbəti mərhələyə adlayıb.
Xatırladaq ki, "Napoli" ilə yanaşı, "Yuventus" və "Atalanta" da İtaliya kubokunun 1/4 final mərhələsinə yüksəliblər. Turnirin hazırki qalibi "Bolonya"dır.