Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İtaliya Superkubokunun sahibi bəlli oldu
İtaliya Superkubokunda final matçı baş tutub.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil olunan yarışın həlledici oyununda "İnter" "Milan"la qarşılaşıb.
"İnter"in ilk hissədəki 2 qoluna "Milan" ikinci hissədə ardıcıl üç dəqiq zərbə ilə cavab verərək geridönüş edib.
Beləliklə də, "Milan" tarixində səkkizinci dəfə İtaliya Superkubokuna sahib olub.
Bu gün İtaliya Superkubokunun final görüşündə Milan şəhərini təmsil edəcək "İnter" və "Milan" klubları qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində yerləşən "Kinqdom Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Rəqiblər meydana ciddi itkilərlə çıxacaqlar. "İnter"dən Françesko Açerbi, Di Cennaro və Benjamin Pavard zədə üzündən görüşü buraxmalı olacaqlar. "Milan"da isə Samuel Çukueze, Alessandro Florenzi, Rafael Lean və Loftus Çek zədəli olduğundan komandasına kömək edə bilməyəcək.
6 yanvar
İtaliya Superkuboku
Saat 23:00, "İnter" - "Milan".
"İnter FK" teqi üzrə xəbərlər
- Argentina millisi daha bir ciddi itki ilə üzləşib
- A Seriyası: "İnter" - "Atalanta" matçında 2 qol, 3 qırmızı vərəqə
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu
- "Real Madrid" Arda Gülerin "İnter"ə keçidinə razılıq verdi