Çeçenistan başçısı Ramzan Kadırov hesab edir ki, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla amerikalı Floyd Meyvezer arasında Rusiyada döyüş təşkil etmək mümkünsüzdür.
Oxu.Az-ın verdiyi xəbərə görə, o, Meyvezerin ən bahalı idmançı olduğunu xatırladıb:
“Onun Rusiyaya gəlməsi və döyüşün keçirilməsi üçün ən azı 200-250 milyon dollar tələb olunur. Belə pulları isə bizdə hələ vermirlər”.
Siyasətçi əlavə edib ki, mümkün döyüş haqqında yayılan xəbərlər sadəcə reklam məqsədi güdür.
Kadırov etiraf edib ki, amerikalı boksçunun pərəstişkarıdır.