Azərbaycan Voleybol Federasiyasında (AVF) baş katib təyin olunub.
Oxu.Az-a verilən xəbərə görə, qurumun prezidenti Cavid Qurbanovun və AVF İdarə Heyətinin qərarı ilə bu gün Fərid Xəlilov qurumun baş katibi təyin edilib.
Qeyd edək ki, F.Xəlilovdan öncə AVF baş katibi vəzifəsini icra edən Cəlil Cəfərov son Hesabat-Seçki Konfransında vitse-prezident seçilib.
Xatırladaq ki, Fərid Xəlilov 2019-2021-ci illərdə “Azərreyl” klubunun prezidenti olub. Hazırda Faiq Qarayev federasiyaya bağlı olan bu klubun prezidenti təyin edilib.
