PSJ klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda "Atletiko Madrid"i böyük hesabla məğlub edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə fransızların xeyrinə başa çatıb. Oyun "Rouz Boul" stadionunda (Pasadena, Kaliforniya, ABŞ) baş tutub.
Parislilərin heyətində qolları Fabian Ruis, Vitinya, Mayulu və Li Kanq-in vurublar.
Qeyd edək ki, B qrupuna bu iki komanda ilə yanaşı Botafoqo (Braziliya) və "Sietl Sounders" (ABŞ) da çıxış edir.
Xatırladaq ki, FIFA klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.