"Araz-Naxçıvan" heyətinə iki futbolçu cəlb edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan təmsilçisi Qabil Əlizadə və Nihat Mehralıyevlə birillik müqavilə imzalayıb.
21 yaşlı Mehralıyev hücumameyilli yarımmüdafiəçidir. Ötən mövsümü "Şamaxı"da keçirən futbolçu Azərbaycanın U-21 millisinin heyətində iki oyunda meydana çıxıb.
25 yaşlı Əlizadə vingerdir. O, "Araz-Naxçıvan"ın əvəzedici heyətində çıxış edib. Daha sonra "Sumqayıt-2", "Karvan-Yevlax" və "Mingəçevir"in formasını geyinib.

Qaynar xətt:
(055) 224 12 12