“Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə “Bazel”inin qonağı olub.
“Zankt Yakob-Park” stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Bazel” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. “Qarabağ” isə mübarizəni pley-offda davam etdirəcək. Komandamız 1/16 finalda UEFA Avropa Liqasının qrup mərhələsini üçüncü pillədə başa vuran komandalardan biri ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan “Kayrat”ı Kiprdə “Omoniya” ilə qolsuz heç-heçəyə razılaşıb.
01:34
İsveçrədə “Bazel” və “Qarabağ” komandaları arasında Avropa Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda 3-cü qol vurulub.
74-cü dəqiqədə meydan sahiblərinin heyətində Artur Kabral dubl edib – 3:0
Qeyd edək ki, qrupun formal əhəmiyyət daşıyan digər görüşündə eyni vaxtda “Omoniya” (Kipr) “Kayrat”ı (Almatı) qəbul edəcək.
Səbuhi Musayev