UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasıni qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşün birinci hissəsinin 43-cü dəqiqəsində qonaq komanda onbirmetrlik cərimə zərbəsindən hesabı açıb. Kipr təmsilçisinin heyətində Mixal Dyuriş fərqlənib. Qarşılaşmanın 49-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Oyunun 88-ci dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade fərqlənsə də qonaq komanda 90-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Beləliklə, "Qarabağ" - "Omoniya" matçında qalib müəyyənləşməyib - 2:2.
Oyunu danimarkalı FIFA referisi Morten Krox idarə edib.
Qrupun digər matçında isə İsveçrənin "Bazel" klubu səfərdə "Kayrat"ı 3:2 hesabı ilə məğlub edib.
Hazırda "Bazel" klubu 11 xalla birinci pillədə qərarlaşıb. Onunla eyni xala malik olan "Qarabağ" ikincidir. 3 xalı olan "Omoniya" üçüncü, 1 xalı olan "Kayrat" isə qrupda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.
23:37
"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda dördüncü qol vurulub.
90-cı dəqiqədə Jordi Qomes tarazlığı bərpa edib - 2:2.
21:46
"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunu start götürüb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:45-də başlayıb.
Görüşü danimarkalı FIFA referisi Morten Krox idarə edir.
FOTO: Firudin Səlimov
20:44
UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda üz-üzə gələcək "Qarabağ" və Kipr "Omoniya"sının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
"Omoniya": 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos
Ehtiyat oyunçular: 74. Katsper Horonjka, 4. Şehu Abdullahi, 8. İyayi Atimven, 13. Fotis Papulis, 15. Tomaş Quboçan, 16. Jordi Qomes, 17. Yan Letsyaks, 21. Marinos Tsionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu
Baş məşqçi: Henninq Berq
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.