Latviyalı paraşütçü İnqus Auqstkalns dünyada ilk dəfə drondan tullanıb.
Oxu.Az Delfi-yə istinadən xəbər verir ki, İnqus əvvəlcə 120 metrlik telekommunikasiya qülləsinə çıxıb və oradan artıq havaya qalxmış drondan yapışıb. Kvadrokopter 330 metr hündürlüyə qalxdıqdan sonra isə İnqus tullanıb.
Qeyd edilir ki, tryukda istifadə olunun aparat Aerones şirkətinə məxsusdur. O, 28 mühərriklə təchiz olunub və 200 kiloqrama qədər yük qaldıra bilir. Ehtimal edilir ki, belə bir texnika gələcəkdə xilasetmə işlərində, yanğınların söndürülməsində, həmçinin idman və əyləncə sahələrində istifadə olunacaq.
S.B.
www.oxu.az