Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Lion"un futbolçusu UEFA Avropa Liqasında rekorda imza atdı
Fransanın "Lion" klubunun futbolçusu Rayan Çerki UEFA Avropa Liqasında yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna martın 13-də Rumıniyanın FCSB komandasını evdə 4:0 hesabı ilə məğlub edərək, (ilk oyun - 3:1) növbəti mərhələyə adladıqları 1/8 final mərhələsinin cavab oyununda nail olub.
Fransalı oyunçu görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da Çerki Avropa Liqasında bir mövsümdə səkkiz məhsuldar ötürmə edən ilk oyunçu olub.
Qeyd edək ki, "Lion" Avropa Liqasının 1/4 finalında İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Bruno Fernandeş adını UEFA Avropa Liqasının tarixinə yazdırdı
- UEFA Avropa Liqasında dörddəbir final görüşləri nə zaman keçiriləcək?
- Sebastian Şimanski "Fənərbağça"da 17 illik rekordu təkrarladı
- Joze Mourinyo bu dəfə UEFA Avropa Liqasındakı görüşdən sonra hakimlərdən şikayətləndi
- UEFA Avropa Liqası: "Reyncers" - "Fənərbağça" matçının taleyini penaltilər müəyyənləşdirdi
Ən çox oxunanlar