Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Aİ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Avropa İttifaqı Ermənistan və Azərbaycanın sülh sazişi və dövlətlərarası münasibətlərin qurulması layihəsi üzrə danışıqların başa çatması ilə bağlı müvafiq bəyanatlarını alqışlayır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının saytında bəyan edilib.
"Hər iki tərəfin son bir neçə il ərzində həm ikitərəfli əsasda, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə bu istiqamətdə apardığı qətiyyətli işi alqışlayırıq", - deyə bəyanatda vurğulanıb.
Sənəddə bildirilir ki, bu bəyanatlar regionda davamlı sülh və təhlükəsizliyə doğru mühüm addımlardır.
"Prosesin uğurla başa çatması üçün hər iki tərəfin eyni dərəcədə uzaqgörən və kompromisə yönəlmiş yanaşma nümayiş etdirməsi vacibdir. Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini tam dəstəkləyir və tərəflərin müraciəti olduğu təqdirdə əlavə dəstək göstərməyə hazırdır".
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Mirzoyan: "Müqavilə mətnində ermənilərlə azərbaycanlıların qarşılıqlı qayıtması barədə bənd yoxdur"
- İrəvan Bakı ilə müqavilədən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətini zəruri hesab etmir
- Gürcüstan Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışladığını bəyan edib
- Paşinyan: "Ermənistan və Azərbaycan sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməyəcək"
- Paşinyandan Azərbaycanla sülh sazişi ilə bağlı AÇIQLAMA