"Liverpul"un və Uels millisinin sabiq futbolçusu Co Allen karyerasını bitirmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü açıqlama verib. O bu gün "Suonsi" forması ilə "Oksford"la matçda sonuncu dəfə meydana çıxacaq.
Xatırladaq ki, Co Allen 2012-2016-cı illərdə "Liverpul"da çıxış edib.
Qeyd edək ki, o, Uels millisində 77 oyunda iki qol vurub.