Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Luis Suares: "Avropa klubları daha şanslıdırlar"
"İnter Mayami"nin hücumçusu Luis Suares Klublararası Dünya Çempionatında qüvvələr balansını şərh edib.
Oxu.Az-ın "The Athletic"ə istinadən verdiyi məlumata görə, Suares Avropa komandalarını daha şanslı sayır.
"Aydındır ki, Avropa klubları strukturlarına və sahib olduqları oyunçulara görə daha yaxşı təşkil olunub" - deyə "Barselona"nın keçmiş ulduzu bildirib.
Ancaq Suares hesab edir ki, Avropa klublarının zəif yerləri də yox deyil: "Onlar uzun mövsümdən sonra buraya gəlirlər. Bir çox turnirlərdə oynamalı olublar və bir az yorğunluqla gəliblər".
Qeyd edək ki, Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək. Suaresin təmsil etdiyi "İnter Mayami" "Əl-Əhli", "Palmeyras" və "Portu" ilə eyni qrupda çıxış edəcək. Birinci və ikinci yerləri tutan komandalar pley-off mərhələsinə yüksələcək.